...

Hindistanın minlərlə sakini sərhəddəki insidentlərə görə evlərini tərk edib

Hadisə Materials 9 Oktyabr 2014 12:37 (UTC +04:00)
Hindistanın Pakistan ilə sərhəddə yerləşən Cammu və Kəşmir ştatında 30 mindən artıq kənd sakini sərhəddə baş verən atışmalara görə öz evlərini tərk etməyə məcbur olub.
Hindistanın minlərlə sakini sərhəddəki insidentlərə görə evlərini tərk edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Hindistanın Pakistan ilə sərhəddə yerləşən Cammu və Kəşmir ştatında 30 mindən artıq kənd sakini sərhəddə baş verən atışmalara görə öz evlərini tərk etməyə məcbur olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yerli mətbuata istinadən xəbər yayıb.

Cammu bələdiyyəsinin nümayəndəsi bəyan edib: "Cammu rayonunda sərhədyanı kəndlərin 20 mindən artıq sakini evlərini tərk edib".

Onun sözlərinə görə, Katxua və Samba sərhədyanı dairələrində müvafiq olaraq 7 və 3 min dinc sakin evlərini tərk edib. Onlar üçün təhlükəsiz yerlərdə çadır düşərgələri salınıb.

Hindistan KİV-i xəbər verir ki, ötən gecə Pakistan sərhədçiləri bütün nəzarət xətti boyunca atəş açaraq Hindistanın sərhəd qoşunlarının 60 postunu və 90 ətraf kəndi atəşə tutublar. Hindistan tərəfi cavab atəşi açıb. Atışmada Hindistan tərəfdən ən azı səkkiz nəfər yaralanıb. Pakistan KİV-in məlumatına görə, Pakistan tərəfdən iki dinc sakin həlak olub.

Qeyd edək ki, 1947-ci ildə Hindistanın Britaniyadan ayrılmasından sonra Hindistanla Pakistan arasında 1947-1948-ci illərdə, 1965-ci ildə və 1971-ci illərdə bir neçə irimiqyaslı müharibə baş verib. İki müharibəyə səbəb Kəşmir məsələsi olub.

Hazırda Kəşmirdə rəsmi sərhəd yoxdur. Belə ki, iki ölkənin ordusu nəzarət xəttini bölüşürlər. Hindistan Pakistan ordusunu və xüsusi xidmətini əlinə silah götürərək regionun ayrılması uğrunda döyüşən müsəlmanları dəstəkləməkdə günahlandırır. İslamabad bu ittihamları rədd edir. Ölkələr arasında münasibətlər vaxtaşırı nəzarət xəttində atışmalara görə gərginləşir. Hər iki ölkə bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti