...

Yaponiyada onlarla insan qasırğa nəticəsində xəsarət alıb

Hadisə Materials 12 Oktyabr 2014 13:35 (UTC +04:00)
Yaponiyanın Okinava və Kyüsü adalarında "Vonqfonq" qasırğasının zərbəsi nəticəsində ən azı 35 nəfər xəsarət alıb.
Yaponiyada onlarla insan qasırğa nəticəsində xəsarət alıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Yaponiyanın Okinava və Kyüsü adalarında "Vonqfonq" qasırğasının zərbəsi nəticəsində ən azı 35 nəfər xəsarət alıb. Trend İnterfaks agentliyinə istinadən bu barədə Associated Press agentliyi bazar günü xəbər verir.

Çovğun səbəbindən yerli hakimiyyət 150 min sakinə evlərini tərk etməyi tövsiyə edib. Elektrik xətlərinin qırılması səbəbindən təxminən 60 min yaşayış evlərində cərəyan kəsilib.

Yaponiya meteorologiya agentliyinin məlumatına görə, qasırğa Böyük Tokio bölgəsinə çərşənbə axşamı çatacaq. O vaxta qədər onun gücü xeyli azalacaq.

Xəbər lenti

Xəbər lenti