...

Bakıda 18 yaşlı soyğunçu tutulub

Hadisə Materials 14 Oktyabr 2014 11:28 (UTC +04:00)
Bakıda soyğunçuluq etmiş 18 yaşlı gənc həbs edilib.
Bakıda 18 yaşlı soyğunçu tutulub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq etmiş 18 yaşlı gənc həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də Fətəli Xan Xoyski küçəsində naməlum şəxs Bakı şəhər sakini Mirəkbər Məmmədovu döyərək içərisində 150 manat olan pul kisəsini və mobil telefonunu alıb qaçıb.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi Cinayət-Axtarış Şöbəsi əmədaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Aqil Qədirov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti