...

Ukraynadakı qarşıdurmalarda 15 polis xəsarət alıb

Hadisə Materials 14 Oktyabr 2014 17:05 (UTC +04:00)
Ukrayna Ali Radasının binası qarşısında yaranan iğtişaşlarda 15 polis əməkdaşı xəsarət alıb.
Ukraynadakı qarşıdurmalarda 15 polis xəsarət alıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Ukrayna Ali Radasının binası qarşısında yaranan iğtişaşlarda 15 polis əməkdaşı xəsarət alıb. Trend TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə öz "Facebook" səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yazıb.

O, qeyd edib ki, təxribatçıların qanunsuz hərəkətləri nəticəsində 15 polis əməkdaşı xəsarət alıb: "Hazırda daş, partlayıcı paketlər atan, şüşələri qıran, asayiş keşikçilərinə hücum edən 21 qanun pozucusu saxlanılıb".

Kiyev polisinin məlumatına görə, aksiyada cəmi 8 min nəfər iştirak edib.

İğtişaşlara səbəb deputatların İkinci Dünya müharibəsində Ukrayna üsyançı ordusunun əsgərlərini Ukraynanın müstəqilliyi uğrunda döyüşən tərəf kimi tanıyan qanun layihəsinə baxmaqdan imtina etməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti