Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/
Keşmiş məhkum Bakıda tanışı olduğu qadının evində ona qarşı quldurluq edib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də R.Teymurov küçəsində yaşayan Fatimə Hacıyevanı yaşadığı mənzildə tanışı Nadir adlı şəxs bıçaqla hədələyib 2000 manatın, qızıl-zinət əşyalarını və sənədlərini götürüb gedib.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Nadir Dəmirov tutulub.