...

Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub

Hadisə Materials 24 Oktyabr 2014 12:02 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Salyan rayon sakini Kənan Həsənov tutulub.
Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Salyan rayon sakini Kənan Həsənov tutulub.

Məlum olub ki, o, oktyabrın 3-nə keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus "Mercedes" markalı avtomobilin yan güzgüsünü, oktyabrın 8-nə keçən gecə H.Seyidzadə küçəsində Həmid Muxtarova məxsus "Hyundai" markalı avtomobildən geyim əşyaları götürüb, oktyabrın 20-də isə Cavadxan küçəsində Kamran Eynullayevə məxsus "Audi" markalı avtomobilin şüşəsi sındırılmaqla oğurluğa cəhd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti