...

Bakı ətrafında odlu silah "işə düşüb"

Hadisə Materials 1 Noyabr 2014 14:27 (UTC +04:00)
Noyabrın 1-nə keçən gecə Bakı ətrafında odlu silahla bir nəfər öldürülüb.
Bakı ətrafında odlu silah "işə düşüb"

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Noyabrın 1-nə keçən gecə Bakı ətrafında odlu silahla bir nəfər öldürülüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və onu idarə etdiyi "VAZ-2121" markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həmin şəxs ölüb.

F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Etro" markalı ov tüfəngini təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti