...

Tailandda kazinoda açılmış atəş nəticəsində iki nəfər ölüb

Hadisə Materials 2 Noyabr 2014 11:28 (UTC +04:00)
Tailandın şimal-şərqində Kxonken əyalətində gizli kazinoların birində uduzan müştəri tərəfindən açılmış atəş nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Tailandda kazinoda açılmış atəş nəticəsində iki nəfər ölüb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Tailandın şimal-şərqində Kxonken əyalətində gizli kazinoların birində uduzan müştəri tərəfindən açılmış atəş nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Trend TASS agentliyinə istinadən bu barədə yerli polis xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli sakin olan 300 dollarını uduzaraq kazinoda qalmaqal salıb. Kazinonun personalı və digər müştərilər qalmaqalçını sakitləşdirmək məqsədilə ona 10 dollar verərək kazinonu tərk etməyi xahiş ediblər. Bir saatdan sonra həmin şəxs kazinoya qayıdaraq avtomat silahından atəş açıb. Hadisə yerində polislər AK-47 avtomatın çoxlu sayda gilizini aşkar ediblər.

Cinayətkar hadisə yerindən qaçıb, onun şəxsiyyəti müəyyən edilib.

Hücum edən şəxs barəsində axtarış elan edilib, polisdən bildirilib.

Tailandda qumar oyunları qanunla qadağandır. Gizli kazino sahibi və bir neçə nəfər istintaq müddətinə həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti