...

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb, xəsarət alan var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Noyabr 2014 11:29 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb, xəsarət alan var (ƏLAVƏ OLUNUB)

İlk xəbər 10:35-də yayılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

XXX

Çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Halı pisləşən bir uşağa isə tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti