...

İki balıqçı xilas edildi

Hadisə Materials 7 Noyabr 2014 15:06 (UTC +04:00)
Bakıda iki balıqçı çətin vəziyyətə düşüb.
İki balıqçı xilas edildi

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bakıda iki balıqçı çətin vəziyyətə düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 nəfər balıqçı qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş FHN-in dalğıc-xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti