...

Gəncədə 28 yaşlı sərxoş bıçaqlanıb

Hadisə Materials 11 Noyabr 2014 09:19 (UTC +04:00)
Bu gecə saat 03:00 radələrində Gəncə şəhər sakini 28 yaşlı Kamil Eyvazov üzərində bıçaq yarası olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Gəncədə 28 yaşlı sərxoş bıçaqlanıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Bu gecə saat 03:00 radələrində Gəncə şəhər sakini 28 yaşlı Kamil Eyvazov üzərində bıçaq yarası olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlər yaralıya ilkin tibbi yardım göstərərək palataya yerləşdiriblər. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Kamil Eyvazov xəstəxanaya gətirilərkən ağır dərəcəli sərxoş olub.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hüquq-mühafizə orqanları cinayətin üstünün açılması istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti