...

Bakıda bir qrup 20 nəfərə qarşı quldurluq və soyğunçuluq edib

Hadisə Materials 11 Noyabr 2014 15:38 (UTC +04:00)
Bakıda quldurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.
Bakıda bir qrup 20 nəfərə qarşı quldurluq və soyğunçuluq edib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda quldurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, quldurluq etdiklərinə görə Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulmuş Rəhman Məmmədovun, Muxtar Rəhimovun və Samir Yadigarovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların digər cinayətlərinin də üstü açılıb.

Belə ki, cinayətkarların ötən ilin dekabrından bu ilin oktyabr ayına qədər olan müddətdə Bakı şəhərində yaşayan 20 şəxsə qarşı, o cümlədən onlara məxsus mənzillərdən, avtomobillərdən, mağazalardan quldurluq və soyğunçuluq yolu ilə pul, sənəd, mobil telefon, ərazq məhsulları və danışıq kartları aparmaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti