Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/
Naxçıvan şəhər sakini Bakıda artır "intihar körpüsü" kimi tanınan yerdə intihar etməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 12-də Naxçıvan şəhər sakini Zamiq İbrahimov metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən asma körpüyə çıxaraq özünü atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.