Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Naməlum şəxslər Gəncə sakinini ölümcül yaralayıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gecə saat 02:00 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində bir neçə nəfərin iştirakı ilə münaqişə qeydə alınıb.
Mübahisə zamanı şəhər sakini 27 yaşlı Anar Paşayev bir neçə bıçaq zərbəsi alıb. Xəstə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
İlkin müayinə zamanı A.Paşayevin üzərində 3 bıçaq zərbəsi aşkarlanıb. Əməliyyatdan sonra yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hələlik Anar Paşayevin kim tərəfindən bıçaqlandığı məlum deyil. Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.