Axtarışda olan lənkəranlıdan yarım kilodan çox heroin götürülüb

Hadisə Xəbər 20 Noyabr 2014 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda axtarışda olan Lənkəran şəhər sakini tutulub. Ondan yarım kilodan çox heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Hüseynovdan 540 qram heroin götürülüb.

Onun Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti