...

Kürdəmir və Qazaxda avtomobillər aşıb: 1 ölü, 1 yaralı

Hadisə Materials 21 Noyabr 2014 20:48
Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.
Kürdəmir və Qazaxda avtomobillər aşıb: 1 ölü, 1 yaralı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü Vaqif Əlizadənin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qazax rayonu, Çaylı kəndində isə vətəndaşa məxsus "Naz Lifan" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti