...

İran vətəndaşı narkotik, Bakı sakini isə silah satarkən tutulublar (FOTO)

Hadisə Materials 27 Noyabr 2014 14:38 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasının vətəndaşı, 29 yaşlı Famil Şirini külli miqdarda narkotik maddə olan tiryəki satmaq istəyərkən yaxalayıblar.
İran vətəndaşı narkotik, Bakı sakini isə silah satarkən tutulublar (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasının vətəndaşı, 29 yaşlı Famil Şirini külli miqdarda narkotik maddə olan tiryəki satmaq istəyərkən yaxalayıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, Famil Şirinin əlindəki bağlamadan 23 kiloqram 360 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə qanunsuz odlu silah və onun komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi yaxalayaraq məsuliyyətə cəlb ediblər.

Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 50 yaşlı Elman Məhərrəmov 2 ədəd "F1" əl, 2 ədəd isə "RQD 5" qumbaralarının alışdırıcıları ilə birgə satarkən cinayət başındaca yaxalanıb. Əvvəllər də soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə 3 dəfə məhkum olunmuş Elman Məhərrəmov ifadəsində bildirib ki, qumbaraları hələ məhkum olunmadan əvvəl Yasamal rayonu ərazisindən tapıb. Daha sonra sellofan torbaya bükərək qəbiristanlıqda anasının qəbrinin yanında torpağa basdırıb. Saxlanılan şəxs qeyd edib ki, bir neçə gün əvvəl həbsdən çıxdıqdan sonra qumbaraları basdırdığı yerdən çıxararaq satmaq qərarına gəlib.

Hər iki faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti