Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda 15 avtomobili talamaqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ayırı-ayırı vətəndaşlara məxsus 15 avtomobili talamaqda, avtomobillərdən oğurluğa cəhddə, avtomobillərə maddi ziyan vuraraq əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamal Mirəliyev tutulub.
Hazırda araşdırma aparılır.
Bakıda 15 avtomobili talayan şəxs tutulub
Bakıda 15 avtomobili talamaqda şübhəli bilinən şəxs tutulub.