Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlkin İzzət/
Polisin həyata keçirdiyi tədbirlər nəticəsində Bakıda itkin düşmüş 5 nəfər tapılaraq evlərinə qaytarılıblar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 27-ci Polis Bölməsi (PB), Xətai RPİ 37-ci PB, Sabunçu RPİ 12-ci PB, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş Ümid Qafarov, Alim Paşazadə, Zəminə Əsgərova, İbrahim Məmmədli, Rafiq Nəsirov evə qayıdıb.