...

Bakıda bank binasında yanğın həyəcanı yaşanıb

Hadisə Materials 3 Dekabr 2014 11:33 (UTC +04:00)
Bakıda “Yapı Kredi Bank”ın Nərimanov rayon filialında yanğın həyəcanı yaşanıb.
Bakıda bank binasında yanğın həyəcanı yaşanıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda "Yapı Kredi Bank"ın Nərimanov rayon filialında yanğın həyəcanı yaşanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, bu gün "Yapı Kredi Bank"ın Nərimanov rayon filialının binasında yanğın həyəcanı yaşanıb. Belə ki, binanın kombi istilik sistemində tüstülənmə baş verib. Lakin qəzanın nəticələri dərhal aradan qaldırılıb.

Hadisə zamanı işçilər xəsarət almayıb və bankın təsərrüfatına ciddi ziyan dəyməyib.

Bankdan Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Ziya Bünyadov prospektində yerləşən "Dərnəgül" filialında yanğın baş verib. Bu barədə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və qısa zamanda Mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Bankdan deyiblər ki, yanğın kombi istilik sistemində tüstülənmə səbəbindən baş verib. Yanğın nəticəsində filiala ciddi zərər dəyməyib və xəsarət alan olmayıb. Filial hazırda tam rejimdə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti