...

Bakıda evdə yanğın olub, tüstüdən zəhərlənən var

Hadisə Materials 9 Dekabr 2014 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Bakıda evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli, 2 otaqlı evdə 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan "Samsung" markalı kondisioner əriyib.

Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən aşkar edilib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti