...

Bakıda yenə də intihar cəhdi - Sərxoş dama çıxdı

Hadisə Materials 17 Dekabr 2014 19:25 (UTC +04:00)
Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bakıda yenə də intihar cəhdi - Sərxoş dama çıxdı

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, sərxoş vəziyyətində olan 1986-cı il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq istəyib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti