...

Yevlaxda iki avtomobil toqquşub, bir nəfər yanıb

Hadisə Materials 19 Dekabr 2014 22:06 (UTC +04:00)
Yevlaxda iki avtomobil toqquşub, bir nəfər yanıb.
Yevlaxda iki avtomobil toqquşub, bir nəfər yanıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Yevlaxda iki avtomobil toqquşub, bir nəfər yanıb.

Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub.

Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti