Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbyat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 24-də saat 21:00 radələrində, Buzovna-Pirşağı yolunda Pirşağı qəsəbə ərazisində Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Elnur Kərimovun idarə etdiyi "Şevrolet" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ağasəlim Yusifovun idarə etdiyi "Zil" markalı avtomobilin arxa hissəsindən vurub.
Avtoqəza nəticəsində E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ 15-ci PB-də araşdırma aparılır.
Dekabrın 24-də saat 14:45 radələrində, Hövsan-Türkan yolunda Hövsan qəsəbə ərazisində Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Baba Mirzəyevin idarə etdiyi "Hova" markalı və 1989-cu il təvəllüdlü Fərhad Tağıyevin idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Avtoqəzada F.Tağıyev ölüb, sərnişini 1955-ci il təvəllüdlü Tofiq Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilərək ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.