...

Bərdədə ev yanıb, xəsarət alan var

Hadisə Materials 2 Yanvar 2015 12:33 (UTC +04:00)
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
Bərdədə ev yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Bərdədə ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti