...

Kənddə iki "VAZ" toqquşdu: ölən və xəsarət alanlar var

Hadisə Materials 3 Yanvar 2015 10:21 (UTC +04:00)
Goranboyda avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Kənddə iki "VAZ" toqquşdu: ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/

Goranboyda avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda, rayon mərkəzindən 10 km aralıda yerləşən Balakürd kəndində vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobilləri toqquşub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin - 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti