...

Bakıda tapança ilə gəzən keçmiş məhkum tutulub

Hadisə Materials 6 Yanvar 2015 11:00 (UTC +04:00)
Bakıda silahla gəzən keçmiş məhkum tutulub.
Bakıda tapança ilə gəzən keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda silahla gəzən keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı "Mauzer" markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti