Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda Gürcüstan vətəndaşlarından ibarət cibgir dəstəsi tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ)mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarışı İdarəsi, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polsi İdarəsi Cinayət-Axtarış Şöbəsi, 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri - Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinənlər, Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub.
Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.