Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda baş vermiş partlayışlar zamanı ölən və yaralananların sayı artıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildiriblər ki, 2014-cü il ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü il ilə müqayisədə 7 hadisə və ya 24% çoxdur.
Partlayışlar zamanı 16 nəfər həlak olub, 75 nəfər xəsarət alıb. 2013-cü illə müqayisədə ölənlərin sayı 9, xəsarət alanların sayı isə 43 fakt artıb.