...

Bir narkotik oğurluq və quldurluğun da üstünü açdı

Hadisə Materials 23 Yanvar 2015 13:45 (UTC +04:00)
Narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib.
Bir narkotik oğurluq və quldurluğun da üstünü açdı

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayı ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.İsdamov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti