...

Keçmiş məhkum yarım kilo narkotiklə tutuldu

Hadisə Materials 28 Yanvar 2015 10:36 (UTC +04:00)
Bakıda keçmiş məhkumdan yarım kiloqrama yaxın marixuana götürülüb.
Keçmiş məhkum yarım kilo narkotiklə tutuldu

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda keçmiş məhkumdan yarım kiloqrama yaxın marixuana götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Tahir Səfərovdan 477,65 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti