...

Hərbi Prokurorluğun şöbə prokurorunun nə üçün güllə yarası aldığı məlum oldu

Hadisə Materials 28 Yanvar 2015 16:57 (UTC +04:00)
Hərbi Prokurorluğun şöbə prokurorunun odlu silahdan açılmış atəş nəticəsində yaralanmasının təfərrüatları açıqlanıb.
Hərbi Prokurorluğun şöbə prokurorunun nə üçün güllə yarası aldığı məlum oldu

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Hərbi Prokurorluğun şöbə prokurorunun odlu silahdan açılmış atəş nəticəsində yaralanmasının təfərrüatları açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlunun odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət etməsi ilə bağlı aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda, R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti