...

Paytaxt avtobuslarında cibinizdəki pullardan ehtiyatlı olun

Hadisə Materials 11 Fevral 2015 14:55 (UTC +04:00)
Bakıda silsilə cibgirliklər etmiş 2 nəfər tutulub.
Paytaxt avtobuslarında cibinizdəki pullardan ehtiyatlı olun

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə cibgirliklər etmiş 2 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində cibgirlik yolu ilə çoxsaylı oğurluq əməli törətməkdə şübhəli bilinən, yanvarın 1-də saat 20 radələrində 64 nömrəli xətt avtobusunda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini Sevinc Nəcəfovanın əl çantasından içərisində 26 manat pul və bank kartlarını talayan 1986-cı il təvəllüdlü, Bakı şəhər Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şanabov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Orlov Ruslan Konstantinoviç, həmin qəsəbənin F.Bayramov küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Paşayev Elmir Eldar oğlu tutulub.

Şübhəli şəxslərin üzərinə baxış zamanı R.Orlovun üzərindən 3, 776 qram, E.Paşayevin üzərindən 2, 431 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Müəyyən olunub ki, onlar elə həmin gün zərərçəkmişə məxsus bank kartından istifadə etməklə Xətai rayonu, M.Hadi küçəsində yerləşən mağazada ərzaq məhsullarına və spirtli içkilərə 219 manat xərcləyib.

Faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılmış, istintaq və əməliyyat-axtarış tərdbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti