...

Bakıda avtomobildən 80 min dollar oğurlayan şəxs tutuldu

Hadisə Materials 16 Fevral 2015 15:54 (UTC +04:00)
Bakıda avtomobildən 80 min dollar pul oğurlanıb.
Bakıda avtomobildən 80 min dollar oğurlayan şəxs tutuldu

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobildən 80 min dollar pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 14-də Nizami Qasımova məxsus "Toyota" markalı avtomobildən 80 min ABŞ dolları pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Sadiq Ağayev və Füzuli rayon sakini Qaməddin Əliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti