...

Dayanmış avtomobildə öldülər

Hadisə Materials 17 Fevral 2015 13:47 (UTC +04:00)
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü ilə nəticələnib.
Dayanmış avtomobildə öldülər

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Xırdalan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da saat 16 radələrində Xırdalan şəhərində Saray qəsəbə sakini Səməd Tağıyev idarə etdiyi "AzSamand" markalı avtomobili yolun kənarında dayanmış Goranboy rayon sakini Müşfiq Məmmədovun idarə etdiyi "BMC" markalı avtomobilə vurub. S.Tağıyev və sərnişinlərindən həmyerlisi Cavid Əliyev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti