...

Bakıda oğru ailə tutuldu

Hadisə Materials 18 Fevral 2015 14:14 (UTC +04:00)
Bakıda bir ailənin oğurluqla məşğul olan bir neçə üzvü tutulub.
Bakıda oğru ailə tutuldu

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda bir ailənin oğurluqla məşğul olan bir neçə üzvü tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 15-də saat 12:30 radələrində, Xanlar küçəsində Zaman Əliyevin evindən qapını sındırmaqla 8000 manat dəyərində məişət avadanlıqları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsi 14-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü Orxan Telman oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Əzizağa Hüseyn oğlu Əzizov, 1979-cu il təvəllüdlü Yeganə Abbas qızı Namazova və oğlanları 2000-ci il təvəllüdlü Ramiz Mərdan oğlu Namazov və 2001-ci il təvəllüdlü Məhəd Mərdan oğlu Namazov tutulublar.

Şübhəli şəxslər ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar 20 yanvar - 17 fevral tarixlərində Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Rəna Əliyevaya məxsus evdən açar seçmə yolu ilə geyim əşyalarını da oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti