Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/
Qızıl və silah oğurlamış Salyan rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100.000 manat dəyərində qızıl əşyalar və müvafiq sənədləri olan 1 ədəd "Churcill" markalı tüfəng oğurlanıb.
Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.