...

Rac Azərbaycana qaçaq yolla siqaret gətirirmiş

Hadisə Materials 4 Mart 2015 12:02 (UTC +04:00)
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaret aşkar olunub.
Rac Azərbaycana qaçaq yolla siqaret gətirirmiş

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaret aşkar olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaret aşkar olunub.

Azərbaycan Respublikasının vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi "Mercedes Benz E 200" markalı, "99-GX-179" dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti