...

Bakıda ağır yol qəzası: yaralılar var (FOTO)

Hadisə Materials 6 Mart 2015 20:18 (UTC +04:00)
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Bakıda ağır yol qəzası: yaralılar var (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün Bakıda ağır yol qəzası olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək iki piyadanı vuraraq qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı piyadanı vurub.

İlkin məlumata əsasən, piyadalardan birinin vəziyyəti ağırdır.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti