Azərbaycan, Bakı, 7 aprel /Trend/
Bakıda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.
Trend-in Region TV-yə istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşları başqasına məxsus avtomobillərə qənim kəsilən şəxsi ələ keçirib. Keşlə qəsəbəsində yaşayan 22 yaşlı Sənan Şirinov sonuncu dəfə VAZ 2107 markalı avtomobili qaçırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda istintaqa cəlb edilən 22 yaşlı gənc avtomobilləri oğurlanmasını özünə məxsus şəkildə izah edib. Guya evdən qovulan Sənan Şirinov gecələmək üçün yeri olmadığından bu məqsədlə maşınları qaçırıb içərisində yatırmış.
Saxlanılan şəxs: "06 və 07-ləri ona görə seçirdim ki, onları açmaq asandır".