...

Şəmkirdə avtomobil qatarla toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 8 May 2015 21:19 (UTC +04:00)
Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.
Şəmkirdə avtomobil qatarla toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb.

Minik maşınında olan bir nəfər ölüb, 19 yaşlı Elşad Heydərli və 29 yaşlı Namiq Tağıyev isə yaralanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti