...

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın olub

Hadisə Materials 20 May 2015 09:42 (UTC +04:00)
Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın baş verib.
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın olub

Azərbaycan, Bakı, 20 may /Trend/

Sumqayıt şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində yol kənarında 100 kv.m sahədə məişət tullantıları və elektrik dirəyindən gedən 30 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı "TOSOİL" yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti