...

Azərbaycana bağırsağında və ayaqqabısında narkotik keçirmək istəyənlər tutuldu

Hadisə Materials 30 İyun 2015 14:58 (UTC +04:00)
İrandan ölkəmizə bağırsağında və ayaqqabısında narkotik vasitələr keçirmək istəyən şəxslər tutulub.
Azərbaycana bağırsağında və ayaqqabısında narkotik keçirmək istəyənlər tutuldu

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

İrandan ölkəmizə bağırsağında və ayaqqabısında narkotik vasitələr keçirmək istəyən şəxslər tutulub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Hüseynov Elnur Əlirza oğlu piyada yolla İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı E.Hüseynovun daxili orqanı - düz bağırsağından üç ədəd bükümdə, ümumi xalis çəkisi 9.515 qram narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Azərbaycan vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Şahmar Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9.88 qram olan narkotik vasitə - metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti