...

Tovuzda dəhşətli yol qəzası baş verib - 4 ölü (ƏLAVƏ OLUNUB)(FOTO)

Hadisə Materials 10 İyul 2015 11:28 (UTC +04:00)

İlk xəbər 10:02-də yayılıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Tovuzda dəhşətli yol qəzası baş verib, 4 nəfər ölüb.

Trend TTV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda dəhşətli yol qəzası baş verib. Hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan "Daewoo"markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər dünyasını dəyişib.

Avtobusda olan digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Ölənlərin kimliyi hələlik məlum deyil. Onların bir ailənin üzvləri olduğu ehtimal edilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

XXX

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində "Mercedes" markalı minik avtomobili, "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Nəticədə "Mercedes" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti