...

Siyəzəndə partlayış olub, mağazanın bir hissəsi dağılıb

Hadisə Materials 15 İyul 2015 13:58 (UTC +04:00)
Siyəzəndə partlayış olub, mağazanın bir hissəsi dağılıb.
Siyəzəndə partlayış olub, mağazanın bir hissəsi dağılıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Siyəzəndə partlayış olub, mağazanın bir hissəsi dağılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə mağazada olan 40 litrlik qaz balonundan 2 ədədi partlayıb, mağazanın 1 divarı uçub və yanar konstruksiyaları yanıb.

Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti