Azərbaycan, Bakı, 25 iyul /Trend/
Fövqəladə Hallar Nazirliyi batdığı ehtimal olunan iki nəfərin axtarışına başlayıb.
Trend Nazirliyin saytına istinadən xəbər verir ki, qrumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan iki nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.