...

Dənizdə batmış 2 nəfərin meyiti tapıldı

Hadisə Materials 25 İyul 2015 09:27
Bakıda dənizdə batmış 2 nəfərin meyiti tapılıb.
Dənizdə batmış 2 nəfərin meyiti tapıldı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bakıda dənizdə batmış 2 nəfərin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2 nəfərin axtarışları başa çatıb.

Vətəndaşların meyitləri dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti