...

Xaçmazda ağır yol qəzası baş verib, ölən var

Hadisə Materials 25 İyul 2015 14:23 (UTC +04:00)
Xaçmaz rayonunda ağır yol qəza hadisəsi baş verib, sürücü hadisə yerində ölüb.
Xaçmazda ağır yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Xaçmaz rayonunda ağır yol qəza hadisəsi baş verib, sürücü hadisə yerində ölüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 24-də saat 05 radələrində Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində kənd sakini Vüsal Səfərov idarə etdiyi "VAZ-21013" markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Xaçmaz RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti