Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Eskişehir vilayətində yerləşən həbsxanaların birində məhbuslar arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Trend-in "Kanal7" telekanalına istinadən məlumatına əsasən, 100-dən çox xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.