...

Samuxda daha bir ağır qəza: 4 yaralı

Hadisə Materials 5 Avqust 2015 13:29 (UTC +04:00)
Samuxda ötən gün axşam saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Samuxda daha bir ağır qəza: 4 yaralı

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Samuxda ötən gün axşam saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobillə "Zaporojye" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Qəza nəticəsində 37 yaşlı Samux rayon sakini Heybət Heydərov, 36 yaşlı rayon Karayeri qəsəbə sakini Arif Kazımov, 43 yaşlı Rafiq Məmmədov və Göygöl rayon sakini Elnur İsmayılov ağır bədən xəsarətləri alıb.

Zərəçəkmişlər yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstələrə tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Samuxda avtomobil körpüdən aşmışdı. Maşının içərisində olan 11 nəfərdən 5-i vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti